30 C
Baku
Thursday, June 20, 2024

Azərbaycan əhalisi bu il benzin və dizelə 1.5 milyard manat pul xərcləyib

2023-cü ilin yanvar-iyun ayında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 1 471.3 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 8.1% çoxdur.

Qeyd edək ki, cari ilin yanvar-may ayında alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.6 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər