26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan əhalisinin kredit faizlərinə xərcləri 21% artıb

Cari ilin yanvar-may ayları ərzində Azərbaycan əhalisi gəlirlərinin 490,325 mln. manatını kreditlər üzrə faizlərin ödənilməsinə sərf edib. Yerli analitika qrupu Reportun rəsmi statistik məlumatlar əsasında apardığı hesablamalara görə, bu da ölkə əhalisinin cəmi gəlirlərinin 2,8%-nə bərabərdir.

Beləliklə, ölkə əhalisinin gəlirlərində kreditlər üzrə faizlərin ödənilməsinə sərf olunan vəsaitin xüsusi çəkisi artıb. Həm də bu istiqamətdə sərf olunan vəsaitin həcmi illik müqayisədə 21,1% artım olduğunu göstərir. Bu da ilk növbədə ABŞ dollarının məzənnəsinin yüksəlməsi ilə bağlıdır.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə ölkə əhalisi gəlirlərinin 2,5%-ni və ya 405 mln. manatını kreditlər üzrə faizlərə xərcləyib.

Son xəbərlər
Digər xəbərlər