26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan əhalisinin sayı açıqlandı

2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10138585*) nəfər təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əhalinin 54.6 faizini şəhər, 45.4 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27753 doğulan körpə qeydə alınmış və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə
əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11.7-dən 11.1-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53.3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46.7 faiz olmuşdur. Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.

Bu ilin yanvar-mart aylarında ölkədə 16672 ölüm halı qeydə alınmış və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7.5-dən 6.7-yə
düşüb.

Son xəbərlər
Digər xəbərlər