1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

Azərbaycan ən az ət yeyilən ölkədir

BMT dünyada ən çox ət və ət məhsulları yeyilən ölkələrin siyahısını hazırlayıb.

“Euronews”un yaydığı məlumata görə, dünyada ən çox ət yeyənlər ispanlardır.

İspaniyada il ərzində hər bir şəxs ortalama 94 kiloqram ət yeyir. Onu 90,87 kiloqramla Avstriya və 86,76 kiloqramla Fransa izləyir.

Hesabatda bildirilib ki, ət istehlakı Şimali Amerika və Avropada təxminən 80 kiloqramdır. Bu ölkələrdən fərqli olaraq, Şərqi Avropada ət istehlakı aşağı səviyyədədir.

BMT-nin məlumatına görə, ən az ət istehlakı Bosniya və Herseqovinada (32,21 kq), Azərbaycanda (31,1 kq) və Gürcüstandadır (27,89 kq).

Mənbə:Oxu.az
Son xəbərlər
Oxşar xəbərlər