31 C
Baku
Wednesday, August 10, 2022

Azərbaycan 9 ay ərzində 390 min tondan çox meyvə-tərəvəz ixrac edib

2019-cu ilin ilk 9 ayında  Azərbaycan xarici ölkələrə dəyəri 389,8 mln. ABŞ dolları dəyərində 390,2 min tona yaxın meyvə-tərəvəz ixrac edib.

2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 47,3 mln. dollar və ya 13,8%, həcmi isə 23,2 min ton və ya 6,3% artıb.

Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (134,1 min ton), meşə fındığı (16,4 min ton), alma (55,1 min ton) və xurma (27,1 min ton) təşkil edib.

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər