18 C
Baku
Tuesday, April 23, 2024

Azərbaycan Albaniyanın Korça şəhərinin qazlaşdırılmasında iştirak edə bilər

Dubayda COP 28 çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Albaniyanın Baş nazirinin müavini – infrastruktur və energetika naziri Belinda Balluku arasında görüş olub.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafından məmnunluq ifadə edilib.

Məlumata görə, Albaniyanın enerji təhlükəsizliyinin təmin edilməsi və qaz tranziti ölkəsi kimi inkişafında Azərbaycanla enerji əməkdaşlığının mühüm rolu qeyd olunub.

“Albaniyanın Korça şəhərinin qazlaşdırılması, xam neftin tədarükü və digər perspektiv istiqamətlərdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb”, – məlumatda qeyd olunur.

Həmçinin Azərbaycan-Albaniya iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə İşçi Qrupu əsasında Birgə Hökumətlərarası Komissiyanın yaradılması və Komissiyanın iclasının Bakıda keçirilməsi ilə bağlı məsələlər də müzakirə edilib.

656efef0878f8656efef0878f91701773040656efef0878f6656efef0878f7 656efef075577656efef0755781701773040656efef075575656efef075576 1 656efef09113f656efef0911401701773040656efef09113d656efef09113e

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər