17 C
Baku
Saturday, May 18, 2024

Azərbaycan Argentina və Koreyaya yeni səfir təyin etdi

Azərbaycan Argentinaya yeni səfir təyin edib.

Banker.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Rəmzi Kazım oğlu Teymurov Azərbaycan Respublikasının Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə R.Teymurov Azərbaycan Respublikasının Koreya Respublikasında və eyni zamanda Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin digər sərəncamları ilə Ramin Müzəffər oğlu Həsənov Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Argentina Respublikasında və eyni zamanda Paraqvay Respublikasında, Boliviya Çoxmillətli Dövlətində, Çili Respublikasında, Uruqvay Şərq Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər