21 C
Baku
Friday, July 1, 2022

Azərbaycan bankları yanvar ayında 59 milyon manat xalis mənfəət etdi

Azərbaycanda 2022-ci ilin ilk ayı ərzində 26 bank cari ildə ümumilikdə 58.6 milyon manat xalis mənfəət əldə edib.

Bu barədə Benker.az Mərkəzi Banka istinadən xəbər verir.

Banklar yanvar ayı ərzində 189.1 milyon manat faiz gəliri əldə etmiş, bunun da 158.2 milyon manatı kreditlər üzrə gələn faizlər təşkil edib. Faiz gəlirləri ilik müqayisədə 16% artmışdır.

Bankların faiz xərcləri isə 46.3 milyon manat, qeyri-faiz gəlirləri 71.5 milyon manat, qeyri-faiz xərcləri 91.5 milyon manat təşkil etmişdir.

Beləliklə, sektor cari ilin ilk ayında 89.4 milyon əməliyyat mənfəəti edib, buradan da 16.8 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar etmiş və 14 milyon manat mənfəət vergisi ödəmişlər.

Cari ildə bankların xalis mənfəəti 58.6 milyon manat olmuş, bu da öncəki ili, 2.3 dəfə üstələyir.

4376423

 

Son xəbərlər
Oxşar xəbərlər