26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan banklarından birində yeni təyinat

Rabitabank ASC-də  İdarə Heyyəti Sədrinin Müavini vəzifəsinə Aydın Hüseynov təyin olundu.

22 yanvar 2016 ci il tarixində Rabitabank ASC-nin  Səhmdarlarının Ümumi Yığıncağı keçirilib. Səhmdarların Ümumi Yığıncağının yekdil qərarı ilə Aydın Hüseynov  Rabitabank ASC-nin  Risk, Təhlil və Nəzarət Bloku üzrə İdarə Heyəti Sədrinin Müavini vəzifəsinə təyin olunub.

Aydın Hüseynov, 1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Qeyd edək ki, Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

2014-cü ilin Mart ayından etibarən  Rabitəbank ASC-də Risklərin İdarə Edilməsi Bloku üzrə Baş Direktor vəzifəsində işləyirdi və cari ilin 22 Yanvar tarixindən etibarən isə İdarə Heyətinin Sədrinin Müavini vəzifəsini icra etməyə başlamışdır.

Son xəbərlər
Digər xəbərlər