17 C
Baku
Monday, May 20, 2024

Azərbaycan banklarının əvvəlki adları necə olub?

Banker.az bu dəfə Azərbaycan banklarının əvvəlki adları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, hazırda fəaliyyətdə olan 8 bank təsis olunduğu zaman başqa ad altında fəaliyyətə başlayıb. Sonralar rebrendinq edərək indi bildiyimiz adı ilə fəaliyyət göstərib.


“AccessBank” ilk illər Azərbaycan Mikromaliyyələşdirmə Bankı (AMMB) adı ilə tanınıb. 8 sentyabr 2008-ci il tarixindən “AccessBank” adı ilə fəaliyyət göstərir.


Azərbaycan Sənaye Bankı (ASB) “Capital Investment Bank” (CI Bank) olaraq yaradılıb, 2006-ci ildən hazırkı adı ilə fəaliyyət göstərir.


“Bank of Baku” “Tuqay” kommersiya bankı kimi yaradılmışdı. 10.02.1997 tarixindən sonra isə Bankın adı səhmdarlarının qərarı ilə dəyişdirildi və ”Bank of Baku” kimi adlandırıldı.


“Expressbank” uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərib. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılıb və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb.


Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli sərəncamı ilə Əmanət Bankının, Azərbaycan Aqrar-Sənaye Bankının və Azərbaycan Sənaye-İnvestisiya Bankının birləşdirilməsi nəticəsində Azərbaycan Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradıldı. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka “Kapital Bank” adının verilməsi qərara alındı.


Unibank ilkin olaraq MBank adı altında təsis edilib. MBank ilə PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilib.


Yapı Kredi Bank Azərbaycan əvvəlcə Koçbank Azərbaycan LTD adı ilə Azərbaycan Respublikası Milli Bankından lisenziya alıb. 2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş.-də həmçinin Koç Maliyyə Xidmətləri ailəsinə daxil olub. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.


Yelo Bank ilk olaraq “Ülpər” kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək “Nikoil Bank” adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrendinq edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvolizə edir və “Parlaq Bankçılıq” şuarı altında həyata keçir.

photo 2022 04 21 11 16 20

 

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər