3 C
Baku
Saturday, February 24, 2024

Azərbaycan banklarının gələcəkdə artım potensialı var – Hesabat

Azərbaycanda bank-əsaslı maliyyələşmə modeli mövcuddur.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatında deyilir.

İqtisadiyyatın maliyyələşməsində bank sisteminin aparıcı rolu qalmaqdadır.

Bank sektorunun maliyyə dərinliyini xarakterizə edən əsas göstəricilərdən olan bank aktivlərinin ÜDM-ə nisbəti göstəricisi 37.5% təşkil edir. Eyni zamanda, digər maliyyə dərinliyi göstəricisi olan kredit portfelinin ÜDM-ə nisbəti isə 17.7% təşkil edir (kredit portfelinin qeyri-neft ÜDM-ə nisbəti 29.5%-dir).

Azərbaycan bank sektorunun maliyyə dərinliyi göstəriciləri bençmark ölkələrlə müqayisədə aşağıdır ki, bu da bank sektorunun gələcək artım potensialını ifadə edir. Cari ilin ilk 6 ayı ərzində dayanıqlığını itirmiş bir bankın lisenziyası ləğv edilib. Hazırda ölkədə 24 bank fəaliyyət göstərir ki, bu banklardan 2-si dövlət bankıdır.

Xarici kapitallı bankların sayı 9-dur və bir xarici bankın yerli filialı mövcuddur. Sektorun xidmət şəbəkəsi 487 filial, 74 şöbə, 3 009 ATM və 23.2 min nəfər işçidən ibarətdir. Hər 1000 km2 əraziyə düşən filial sayı 6, hər 100 min nəfərə düşən ATM sayı isə 30-dur.

Son xəbərlər
Digər xəbərlər