28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan bu il balıq və dəniz məhsullarının ixracını 2 dəfə artırıb

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan balıq ixracı artıb, idxalı isə azalıb.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu ilin 10 ayında Azərbaycana 16 milyon 412 min dollar dəyərində balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları idxal olunub.

Ötən ilin eyni dövründə idxal olunan balıq və dəniz məhsullarının dəyəri 17 milyon 801 min dollar olub ki, bu da illik müqayisədə bu il Azərbaycana gətirilən bu məhsulların dəyəri 1 milyon 389 min dollar və yaxud 8% azalıb.

Cari ilin yanvar-oktyabr aylarında isə Azərbaycan xaricə 885 min dollarlıq balıqlar və xərçəngkimilər, mollyusklar və digər su onurğasızları ixrac edib. 2019-cu ilin yanvar-oktyabr aylarında bu göstərici 453 min dollar idi. Belə ki, bu il xaricə ixrac edilən balıq və dəniz məhsulları 2 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər