21 C
Baku
Saturday, May 25, 2024

“Azərbaycan Dəmir Yolları”nın tarixində rekord göstərici qeydə alınıb – 7 milyonuncu sərnişin

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tarixində ilk dəfə sərnişindaşıma xidmətində il ərzində rekord göstərici – 7 milyonuncu sərnişin qeydə alınıb.

QSC-dən verilən məlumata görə, 2023-cü il üçün nəzərdə tutulmuş 6 milyonluq hədəf aşılaraq ilk dəfə il ərzində 7 milyon sərnişin daşınıb. Bu göstərici pandemiyadan öncəki ölkədaxili və beynəlxalq daşımaların ümumi statistikasına nisbətdə 2 dəfədən çoxdur. Son iki ilə nəzər saldıqda isə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 2021-ci ildə 2.8 milyon, 2022-ci ildə 5.2 milyon nəfər olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər