3 C
Baku
Friday, March 1, 2024

Azərbaycan gömrüyündə 70%-lik – GÜZƏŞT

Azərbaycan prezidentinin sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması, sahibkarlara dəstək və onlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi haqqında göstərişlərini nəzərə alaraq Dövlət Gömrük Komitəsi 27 yanvar 2016-cı il tarixdən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmətlərə 70% güzəşt tətbiq edilməsi haqqında qərar qəbul edib.

Komitənin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, bu səbəbdən gömrük bəyannamələrinin tərtib edilməsinə görə xidmət haqqı 50 manata (ƏDV daxil deyil) endirilib.

Son xəbərlər
Digər xəbərlər