26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan günbəgün qiyməti rekord vuran misin hasilatını artırıb

Azərbaycanda 2020-ci il ərzində mis filizi istehsalının həcmi 2.64 min ton həcmində mis filizi hasil edilib. Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, hasil edilmiş bu əlvan metalın 2.43 min tonu məhsul istehsalına yöndəlmişdir.

Mis filizi öncəki illə müqayisədə 19.5% artmışdır.

2020-ci il üzrə tərkibində qızıl olan mis konsentratı hasilatı 74.7 kq (2019: 184.9 kq) və tərkibində gümüş olan mis konsentratı hasilatı isə 3 284 kq (2019: 4 353.2 kq) təşkil edib.

Qeyd edək ki, hazırda qızılın aprel fyuçersləri üzrə bir tonu 8 416.5 dollar təşkil edir. Bu da misin 8 ildə ilk dəfə təchizatla bağlı yarana biləcək defisit riski səbəbindən illərin ən yüksək həddində ticarət olunmasıdır.

Son xəbərlər
Digər xəbərlər