27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib

Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun Rusiya Federasiyası Hərbi Dəniz Donanması Baş Komandanının müavini, vitse-admiral Vladimir Kasatonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Xəzər dənizində hərbi əməkdaşlıq məsələlərindən danışılıb, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər müzakirə edilib.

Sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Son xəbərlər
Digər xəbərlər