28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi 11 şirkətdən 8-i dividend ödəyir

2023-cü ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 11 dövlət şirkətindən 8-nin potensial dividend ödəmə imkanları yaranıb.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən bildirib.

Onun sözlərinə görə, Holdinqin müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir: “Ötən il portfel şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74%, EBİTDA göstəricisi 101% artıb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər