2 C
Baku
Thursday, February 29, 2024

“Azərbaycan İnvestisiya Şirkəti”nin rəhbərliyini tərk edib

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-də (AIC) icraçı direktorun müavini olan Ziya Kəngərli vəzifəsindən ayrılıb.

Bu barədə Banker.az-a AIC-yə yaxın mənbə bildirir.

Kəngərli 12 dekabr 1980-ci il tarixdə Bakıda anadan olub.

2020-ci ilin oktyabr ayından etibarən “Azərbaycan İnvestisiya Şirkəti” ASC-də icraçı direktorun müavini vəzifəsində çalışır. Sözügedən vəzifəyə təyin edilməmişdən öncə Z. Kəngərli Azərbaycan Respublikasının Maliyyə Monitorinq Xidmətinin İdarə heyətinin sədrinin müşaviri qismində işləmişdir. Bundan öncə Z. Kəngərli Dövlət Neft Fondunda 14 ildən artıq dövr ərzində aktivlərin idarə edilməsi sahəsində müxtəlif vəzifələrdə çalışmış, risklərin idarə edilməsi, investisiya siyasətinin hazırlanması və aktivlərin strateji bölüşdürülməsi üzrə cavabdeh bölmələrə rəhbərlik etmişdir.

Qeyd edək ki, öncəki məlumatımızda Azərbaycan İnvestiya Şirkətinə Yasin Cəlilovun icraçı direktora müavin təyin edilməsi ilə bağlı məlumat paylaşmışdıq.

Azərbaycan İnvestisiya Şirkəti ASC Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan Respublikası dövlətinə məxsusdur.

Şirkət İqtisadiyyat nazirinin sədrliyi ilə Müşahidə Şurası tərəfindən idarə edilir. Şirkətin m iqtisadi məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

Son xəbərlər
Digər xəbərlər