25 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan İrana kredit verir

Beynəlxalq Bank Rəşt-Astara dəmiryol sahəsinin tikintisinə 500 milyon dollar həcmində kredit ayıracaq. İran və Azərbaycan tərəfi bununla bağlı razılığa gəlib.

Bunu İranın yol və şəhər tikintisi nazirinin müavini Ali Noorzad bildirib.

O, Trendə deyib ki, hazırda tərəflər kreditin əlavə şərtlərini müzakirə edirlər.

Rəşt-Astara dəmiryol sahəsinin tikintisinin dəyəri təqribən 1.1 milyard dollar təşkil edir. İran bunun yarısını Azərbaycan Beynəlxalq Bankının krediti hesabına təmin etmək istəyir.

Nazir müavini İranın qalan vəsaiti hansı mənbədən əldə etməyi planlaşdırdığını açıqlamayıb.

“Şimal-Cənub” layihəsi çərçivəsində İranla Azərbaycanın dəmir yollarının 2016-cı ilin sonunadək birləşdirilməsi nəzərdə tutulur. Fevral ayında İran və Azərbaycan prezidentləri arasında bununla bağlı razılaşma olub.

“Şimal-Cənub” dəmiryolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək. Rəşt-Astara dəmiryol sahəsi Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirəcək.

Azərbaycan isə bu layihə çərçivəsində öz ərazisində 14 kilometr dəmiryol xətti çəkəcək.

Son xəbərlər
Digər xəbərlər