26 C
Baku
Saturday, July 27, 2024

“Azərbaycan Kredit Bürosu”nun tərəfdaşlarının sayı 200-ü keçib

“Azərbaycan Kredit Bürosu” MMC-nin (AKB) tərəfdaşlarının sayı 201-ə çatıb.

Banker.az bu barədə Büroya istinadən xəbər verir.

Məlumata görə, bunlar 47 bank (21-i ləğv prosesindədir), 61 bank olmayan kredit təşkilatı (BOKT, 5-i ləğv prosesindədir), 35 kredit ittifaqı, 22 sığorta şirkəti (2-si ləğv prosesindədir), 7 lizinq şirkəti, 1 faktorinq şirkəti, 1 kollektor agentliyi, 18 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.

Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12.5% payla 8 bank – “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank Azərbaycan” ASC-lərdir.

2021-ci ildə AKB-yə 33.5 milyon adi sorğu, o cümlədən 28.9 milyon toplu sorğu daxil olub. Bundan başqa, ötən il Büro 0.2 milyon skorinq sorğusu da qəbul edib.

Son xəbərlər
Digər xəbərlər