28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Qarabağda “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsini öyrənir

İşğaldan azad olunmuş ərazilər üçün yaşıl enerji konsepsiyasının hazırlanması ilə bağlı fikir mübadiləsi məqsədi ilə Yaponiyanın “TEPSCO” şirkətinin nümayəndələri ilə videokonfrans formatında görüş keçirilib.

“Banker.az”a Energetika nazirliyindən verilən məlumata əsasən, Görüşdə yaşıl enerji zonalarının və “ağıllı şəhər”lərin yaradılmasında Yaponiya təcrübəsi haqqında müzakirələr aparılıb.

Şirkət tərəfindən Yaponiyanın Fukisava, Mutsuzava, Soraşima və bir sıra digər şəhərlərinin nümunəsində rəqəmsallaşma, dekarbonizasiya və desentralizasiyaya əsaslanan, fövqəladə hallarda elektrik enerjisi təchizatının davam etdirilməsi üçün ötürücü və paylayıcı şəbəkələrin optimallaşdırılması, enerjidən səmərəli istifadə edilməsi məqsədi ilə bərpa olunan enerji mənbələrindən və elektromobillərdən istifadənin genişləndirilməsini özündə ehtiva edən “ağıllı şəhər” təcrübəsinə dair təqdimatlar nümayiş etdirilib.

Son xəbərlər
Digər xəbərlər