5 C
Baku
Wednesday, February 21, 2024

Azərbaycan Qran-prisi ləğv olundu

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ləğv olunub.

“F1News” nəşri xəbər verir ki, bu qərar tezliklə rəsmən açıqlanacaq. Məsələ ilə əlaqədar bütün müvafiq əməkdaşlar məlumatlandırılıb.

Azərbaycanla yanaşı, Sinqapurdakı şəhər trası mərhələsi, eləcə də Yaponiya Qran-prisi də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq.

“Formula 1” rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.

Qeyd edək ki, “Formula 1” üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl “Formula 1” rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 – 7 iyunda keçirilməli idi.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər