1 C
Baku
Thursday, February 29, 2024

Azərbaycan rayonları üzrə Sığorta Nümayəndəsi – Ateshgah Sigorta

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonları üzrə Sığorta Nümayəndəsi

“Atəşgah” Sığorta Şirkəti vətəndaşların məşğulluq imkanlarının artırılması məqsədi ilə Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Masallı, Lənkəran, Astara və Lerik rayonları üzrə “Yeni sığortaçılar” layihəsinin icrasına başlayır!

Yaşından, təhsilindən və iş təcrübəsindən asılı olmayaraq, özünə və bacarığına güvənən hər bir kəs layihəyə qatılaraq, yeni peşəyə sahib olacaq.

Layihə çərçivəsində hər bir şəxs sığorta məhsullarının satışı üzrə mütəxəssis kimi işləmək imkanı əldə edəcək.

Hər biriniz dəvətlisiniz!

Sizin sığorta sahəsində İşləmək-Qazanmaq-Karyera qurmaq arzunuzu biz reallaşdıracağıq.

Layihədə iştirak etmək istəyənlər öz CV – lərini [email protected] ünvanına göndərə bilərlər.

Atesgh26052017

Son xəbərlər
Digər xəbərlər