18 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycan Rusiya və ABŞ-dan idxala müvəqqəti məhdudiyyət qoydu

Azərbaycan Rusiyanın Başqırdıstan Respublikasından və Samara vilayətindən, Polşanın Opolsk inzibati ərazisindən, Perunun Lambaeke regionundan, Çexiyanın Cənubi Çexiya diyarından, İngiltərənin Şimal-Şərq İngiltərə regionundan, ABŞ-ın İllinoys və Merilend ştatlarından diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq edib.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, buna səbəb Rusiyanın müvafiq ərazilərində Nyukasl, qeyd olunan digər ərazilərdə isə  yüksək patogen quş qripi xəstəliyi qeydə alınmasıdır.

Agentlikdən bildirilir ki, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə yuxarıda adı çəkilən ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər