27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Rusiyadan kartof idxalını böyük həcmdə artırıb

Azərbaycan 2023-cü ilin ilk üç rübü ərzində xaricdən 98.8 min ton həcmində təzə kartof idxal edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İdxalın miqdar həcmi illik müqayisədə 8 faiz azalıb. İdxal dəyəri isə illik müqayisədə 4 faiz azalaraq $27.24 mln. olub.

Kartof bu il daha çox Rusiyadan gətirilib. Məsələn, ilin ilk üç ayında 33.86 min ton Rusiyadan kartof alınıb və bunun da idxal dəyəri $8.49 mln. deməkdir. Bu, illik müqayisədə 5 dəfə artımdır.

İkinci sırada Belarusdur. Belarusdan 25.18 min tonluq və ya $7.87 mln.-luq kartof alınıb.

2023 Yanvar-sentyabr aylarında kartof idxalı
Ölkə Həcm, ton Dəyər, min dollar
Rusiya    33,857.04       8,495.48
Belarus    25,184.92       7,866.96
İran    23,398.42       6,092.09
Pakistan       9,718.19       3,016.89
Türkiyə       4,323.57       1,133.98
Gürcüstan       1,982.69          508.19
Ukrayna          167.75             48.13
 Cəmi    98,808.89    27,238.05

 

Son xəbərlər
Digər xəbərlər