28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Rusiyadan kartofu kəskin azaldıb, İrandan artırıb

Azərbaycan 2020-ci ildə şimal qonşudan idxal etdiyi “ikinci çörək” adlandırılan kartofun həcmini azaldıb, cənub qonşusundan isə artırıb.

Banker.az xəbər verir ki, 2020-ci ildə Rusiya Federasiyasından cəmi 36.05 min ton həcmində kartof idxal edilib. Bunun idxal dəyəri isə 9.04 mln. ABŞ dolları olmuşdur. RF-dən idxal edilən kartofun həcmi öncəki illə müqayisədə 58% azalıb. Kartofun hər kiloqramı üzrə xərc isə 25 sent təşkil edir.

İran İslam Respublikasından isə ötən il 97.78 min ton həcmində kartof idxal edilib. Bu adda olan tərəvəzin 23.57 mln dollar olmuşdur. Azərbaycan miqdar baxımdan idxalın həcmini 80.4% artırıb. İrandan idxal olunan kartof RF-yə nisbətdə 1 sent, yəni, 24 sent/kq təşkil edib.

Azərbaycan ötən il ümumilikdə xaricə 135.97 min ton həcmində (33.15 dollar) kartof ixrac edib, 81.39 min ton isə (33.79 mln dollar) idxal edib.

 

Son xəbərlər
Digər xəbərlər