24 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycan Rusiyadan neft idxalına “fasilə” verib, Türkmənistandan isə idxal davam edir

Azərbaycan Qazaxıstanın ardından 2023-cü ilin iyulunda Rusiyadan da neft alışına pauza verib. Bununla belə, Türkmənistandan idxal davam edir.

Banker.az xəbər verir ki, Azərbaycan Türkmənistandan 2023-cü ilin iyulunda 630.83 min barel həcmində xam neft alıb və bunun dəyəri isə $45.95 mln. təşkil edib.

Ümumilikdə, Azərbaycan Türkmənistandan ilin ilk 7 ayında 4 milyon 132.08 min barel həcmində xam neft alıb. Alınan xam neftin dəyəri isə $317.54 mln. təşkil edib.

Xam neftin qalan 446.91 min bareli ($29.64 mln.) ilin ilk 4 ayında Qazaxıstandan, 4 mln. 572.28 min bareli isə ($331.7) ilin ilk 6 ayında Rusiyadan idxal edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər