0 C
Baku
Monday, February 26, 2024

“Azərbaycan Sənaye Bankı”nın xalis mənfəəti azalıb, xərcləri artıb

“Azərbaycan Sənaye Bankı” ASC 2020-ci ili 5 184 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən illə müqayisədə 2 505 min manat və yaxud 33% azdır.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

“Azərbaycan Sənaye Bankı”nın 2020-ci ildə faiz gəlirləri 32 306 min manat (əvvəlki ilə nisbətən 14% çox), qeyri-faiz gəlirləri 5 318 min manat (49% az), faiz xərcləri 16 783 min manat (6% çox), qeyri-faiz xərcləri 14 980 min manat (15.4% çox) olub.

Bankın 2020-ci ildə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 687 min manat, mənfəət vergisi ödəmələri isə 1,364 milyon manat (31% az) təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər