17 C
Baku
Monday, April 15, 2024

“Azərbaycan Sənaye Korporasiyası” kərpic istehsalında alman təcrübəsindən yararlanacaq

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə Almaniyanın “Lingl Anlagenbau GmbH” şirkətinin layihələr üzrə satış meneceri Franco Eustacchio ilə kərpic istehsalı müəssisəsində istehsal gücünün artırılmasını, effektivliyin yüksəldilməsini, alman nou-hausunun tətbiqini, mühəndislik xidmətlərindən istifadə olunma perspektivlərini müzakirə edib.

Bu barədə Korporasiyadan bildirilib.

Məlumata görə, görüş Alman-Azərbaycan Xarici Ticarət Palatasının iştirakı ilə baş tutub.

Daha sonda “Lingl Anlagenbau GmbH” şirkətinin nümayəndəsinin kərpic istehsalı fabrikinə səfəri razılaşdırılıb, eyni zamanda hər iki tərəfin gələcək əməkdaşlıqla bağlı həyata keçirəcəyi işlər planlaşdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər