“Azərbaycan Sənaye Korporasiyası”nda yeni təyinat olub.
Banker.az qurumun saytına istinadən xəbər verir ki, Mülayim Səfərov İstehsal və əməliyyatlar departamentinə direktor təyin edilib.
Mülayim Səfərov 23 fevral 1962-ci ildə Biləsuvar rayonunda anadan olub. 1979-cu ildə orta təhsilini başa vurub. 1980-1986-cı illərdə D.İ.Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutunun Polimerlərin Kimyəvi Texnologiyası fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə Suraxanı Mayesiz Transfarmatorlar Zavodunda başlayıb. 1994-cü ildən etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkətində Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb.
2008-ci ildən “Socar Petrolium” QSC-də Baş direktorun Əməliyyat Məsələləri üzrə müavini olaraq fəaliyyət göstərib.
25 noyabr 2022-ci il tarixindən etibarən “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin İstehsal və əməliyyatlar departamentinin direktor müavini, 01 iyun 2023-cü ildən isə İstehsal və əməliyyatlar departamentinin direktoru vəzifəsinə təyin olunub.