12 C
Baku
Monday, April 15, 2024

Azərbaycan Sənaye Korporasiyasında təyinat

“Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətində Korporativ xidmətlər departamentinin direktor müavini təyin edilib.

Banker.az xəbər verir ki, bu, Süsən Cəfərlidir.

S.Cəfərli 18 noyabr 1987-ci ildə Tovuz rayonunda anadan olub. Gəncə Dövlət Universitetinin Filologiya fakültəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirərək, Azərbaycan Dövlət Pedaqoji Universitetində həmin ixtisas üzrə magistr elmi dərəcəsini alıb.  İlk əmək fəaliyyətinə 2010-cu ildə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi  Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində başlayaraq insan resursları sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.

2021-ci ildən etibarən “Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin törəmə müəssisəsində insan resursları sahəsi üzrə aparıcı mütəxəssis, daha sonra ‘’Azərbaycan Sənaye Korporasiyası’’ ASC-nin İnsan resursları şöbəsində aparıcı mütəxəssis və şöbə müdiri vəzifələrində çalışıb. 02 oktyabr 2023-cü il tarixindən etibarən Korporativ xidmətlər departamentinə direktor müavini vəzifəsinə təyin olunub.

Son xəbərlər
Digər xəbərlər