4 C
Baku
Monday, February 26, 2024

“Azərbaycan Sənaye Korporasiyası”nın 5 şirkəti birləşir

Azərbaycanda 5 şirkət birləşir.

Banker.az xəbər verir ki, “ASK Xidmət” Məhdud Məsuliyyətli Cəmiyyəti ona “ASK İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ASK Turizm” Məhdud Məsuliyyətli Cəmiyyəti, “ASK Şəki Kərpic” Məhdud Məsuliyyətli Cəmiyyəti və “ASK Poliqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Qeyd edək ki, ASK Xidmət” MMC09 mart 2018-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsis edilib. ”ASK Xidmət” MMC Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər, əsas fəaliyyəti isə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan dövlət əmlakının idarəedilməsi xidmətlərini göstərməkdir.

 

Son xəbərlər
Digər xəbərlər