26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan Sənaye Korporasiyasının törəməsinin nizamnamə kapitalı artılıb

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus (ASK) “Azərtütün” ASC-nin nizamnamə kapitalı 4 582 473 manat, yaxud 29.1% artırılıb.

Banker.az xəbər verir ki, yenicə rebrendinq edən “Azərtütün”nün kapitalı 15 748 661 manatdan 20 331 134 manata çatdırılıb.

Ötən ay, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC təşkilati-hüquqi formasını dəyişərək “Azərtütün” ASC-yə çevrildiyini elan etmişdi.

Şirkətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında tütün istehsalı və emalı məntəqəsi, Zaqatala rayonunda isə tütün emalı zavodu fəaliyyət göstərir.

Son xəbərlər
Digər xəbərlər