13 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycan şirkətləri Rusiya bazarında fəaliyyətlərini genişləndirir

Azərbaycan şirkətlərinin öz məhsulları ilə Rusiya bazarında fəaliyyətlərinin genişlənməsi davam edir. Yerli şirkətlərin Rusiyanın aparıcı pərakəndə satış şəbəkəsindən biri olan “X5 Group” ilə bağladığı ixrac müqavilələrinin dəyəri ildən-ilə artır. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan “X5 Group”a 2022-ci ildə Azərbaycandan 918,6 min ABŞ dolları dəyərində emal edilmiş qida məhsulları ixrac olunub.

AZPROMO-dan bildirilib ki, təkcə cari ilin ötən aylarında ixrac edilmiş məhsulun dəyəri 880.6 min ABŞ dolları təşkil edib. İndiyədək şəbəkə ilə “AzNar”, “TAC-Gülüstan”, “Agro-Azerinvest”, “Zira Brightman”, “Berg Energy”, “Azərsun Holdinq” və “Abşeron-Şərab” şirkətləri ilə mineral və qazlı sular, alkoqolsuz energetik içkilər, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri, şərab ixracı üzrə müqavilələr imzalanıb. Sözügedən məhsullar şəbəkəyə aid 3 mindən çox mağazada təqdim olunur və indiyədək 865 min ədəddən çox yerli mal Rusiya istehlakçıları tərəfindən alınıb.

Xatırladaq ki, AZPROMO tərəfindən ixracın təşviqi istiqamətində görülən tədbirlər çərçivəsində ötən ilin may ayında Azərbaycan şirkətləri öz məhsullarını Bakıda “X5 Group”un işçi heyəti üçün təşkil olunan qida sənayesi sərgisində nümayiş ediblər.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər