26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan üç ölkəyə badam ləpəsi ixrac etməyə başlayıb – 179 ton

Azərbaycan cari ilin ilk səkkiz ayında xaricə 178.9 ton həcmində badam ləpəsi satıb.

Banker.az-ın əldə etdiyi məlumata bu son illərin ilk hadisəsidir.

Ölkə ərazisindən xaricə satılan badamın idxal dəyəri 843 min dollar təşkil edib.

Ölkə Miqdar, ton Dəyər, min $
Cəmi 178.89 843.16
Rusiya 134.92 696.87
Özbəkistan 36.6 104.18
Belarus 7.3 41.78
İraq 0.06 0.29
Qazaxıstan 0.01 0.04

Azərbaycandan xaricə ixrac edilən badam ləpəsinin 134.9 tonu, yaxud 696.9 min dolları Rusiyaya, qalanı isə siyahıda göstərildiyi kimi Özbəkistan, Belarus, İraq və Qazaxıstana ixrac edilib.

Azərbaycanda badam bağçılığı uzun fasilədən sonra yenidən bərpa edilib. Abşeron yarmadası və s. regionlarda yeni bağlar salınıb, məhsul yığımına başlanılıb.

Son xəbərlər
Digər xəbərlər