14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

Azərbaycan və İran arasındakı “gərginlik”: “Bu maraqlarımıza uyğun deyil”

faizlere

Azərbaycan–İran ticarət dövriyyəsi 2021-ci ilin ilk 8 ayında 255 mln. 350 min dollar olub. Azərbaycan İrana bu müddət ərzində 19 mln. 235 min dollarlıq mal ixrac edib ki, bu da ümumi ixracımızın 0,15%-i təşkil edir, İran isə ölkəmizə bu dövrdə 236 mln. 775 min dollarlıq mal satıb, bu da Azərbaycanın idxalının 3,22%-i təşkil edir. Rəqəmlərdən də göründüyü kimi, İran bizə daha çox mal-məhsul satır, Azərbaycan ərazisindən tranzit kimi istifadə edərək başqa ölkələrə də (əsasən Rusiyaya) mal-məhsul ixrac edərək pul qazanır. Məntiqlə, İran Azərbaycanla münasibətlərin daha yaxşı olmasında maraqlı olmalıdır ki, daha çox qazansın.

Amma gəlin İran – Ermənistan ticarət əlaqələrinə də nəzər salaq: Bu ilin ilk 8 ayında ölkələr arasında ticarət dövriyyəsi 297 mln. 800 min dollar təşkil edib, yanvar-avqust ayında ticari əlaqələr 2020-ci ilin eyni dövrünə nisbətən 15% artıb – deməli 44 günlük hərbi qələbə ilə başa çatan müharibədən sonra İran Ermənistanla daha sıx iqtisadi əlaqələr qurmağa başlayıb. Ermənistanın İrana ixracı cəmi 40 mln. 700 min dollar təşkil edib, İranın ixracı isə 257 mln. 100 min dollar təşkil edib. İran Ermənistanın Rusiya və Çindən sonra üçüncü ən böyük ticarət tərəfdaşıdır.

Göründüyü kimi, İranın hər iki ölkə ilə ticarət dövriyyəsi, aşağı-yuxarı eynidir, deməli, məntiqlə İran ticarətə görə tərəf tutmazdı, belə çıxır ki, İranın davranışında geosiyasi amillər və siyasi məsələlər daha çox rol oynayır.

Cəmiyyətin İrana münasibəti birmənalı deyil, bu da anlaşılandır, Azərbaycanın müstəqilliyindən üzü bəri İranın davranışları, yumşaq desəm, sullar doğurur. Amma İran bizim qonşumuz, tarixi, mədəni əlaqələrimiz olan ölkədir, İranla gərginliyin artması indiki dövrdə bizim dövlət maraqlarımıza uyğun deyil. Hərbi qələbə qazanmış, torpaqlarımızın böyük bir hissəsini düşməndən azad etmiş, 127 km. İranla, 400 km.-dən çox Ermənistanla yeni sərhəd xətti yaranmış ölkənin indi əsas məqsədi möhkəmlənmək, sərhədlərimizi qalaya çevirmək, hərbi qələbəni diplomatik uğura aparmaqdır. Buna görə də gərginliyin azadılması yolları tapılmalıdır, amma bu o anlama gəlmir ki, Azərbaycan dövlətinin və cəmiyyətinin İrana olan sualları yoxdur – var, səslənməlidir də, sadəcə bu gərginliyin artırılması yolu ilə deyil də, diplomatik kanallarla, danışıqlar yolu ilə edilməlidir.

— MÜƏLLİF —
Natiq Cəfərli
iqtisadçı

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər