26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan və Moldova arasında əməkdaşlıq sənədi imzalanıb

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənəddə əmək, məşğulluq, əhalinin sosial müdafiəsi sahələrində müvafiq qanunvericiliyin və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, işsiz və işaxtaran şəxslər üçün peşə hazırlığının təşkili, həssas əhali qruplarının məşğulluq imkanlarının genişləndirilməsi, əlilliyi olan şəxslərin tibbi, sosial və məşğulluq problemlərinin həlli, sosial xidmətlər və s. kimi sahələrdə gələcək əməkdaşlıq istiqamətləri əksini tapır.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Moldova arasında əlaqələrin daim inkişaf etməkdə olduğunu, ötən dövrdə müxtəlif sahələr üzrə imzalanan 63 əməkdaşlıq sənədinin əlaqələrin genişlənməsinə imkan verdiyini bildirib.

Son xəbərlər
Digər xəbərlər