7 C
Baku
Saturday, March 2, 2024

Azərbaycan vətəndaşları hansı ölkələrə vizasız gedə bilər?

Azərbaycan “Henley & Partners Visa Restrictions Index”də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.

Bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatda bildirilir.

Bu, ötən illə müqayisədə bir ölkə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı.

Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya (192) qərarlaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər