5 C
Baku
Wednesday, February 21, 2024

Dövlət şirkətində maaşlar 15% artırılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15% artırılıb.

Bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb.

Əmrə əsasən, əmək haqqı artımı fevralın 1-dən tətbiq olunub, həm üzən, həm də sahil heyətin məvaciblərinə şamil edilib.

ASCO-nun mətbuat katibi Mehman Mehdiyev faktı təsdiq edib.

Son xəbərlər
Digər xəbərlər