26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycan yanvarda elektrik enerjisini ən çox Rusiyadan idxal edib

Bu ilin yanvar ayında Azərbaycanda elektrik enerjisinin idxalı 11 mln kVt/s olmaqla, ötən ilin eyni dövrünə nisbətən 19.5 % çox olub.

Banker.az xəbər verir ki, bu barədə  Energetika Nazirliyindən məlumat verilərək bildirilib ki. ötən ay İrandan 3.3 mln kVt/s, Rusiyadan 7.7 mln kVt/s, Gürcüstandan isə 0.004 mln kVt/s elektrik enerjisi idxal edilib.

Hesabat dövründə elektrik enerjisinin ixracı isə 175.1 mln kVt/s olmaqla illik müqayisədə 61.6 mln kVt/s artıb. Ay ərzində İrana 3.4 mln kVt/s, Türkiyəyə 12.7 mln kVt/s, Rusiyaya 7.2 mln kVt/s, Gürcüstana isə 151.8 mln kVt/s elektrik enerjisi ixrac edilib.

Son xəbərlər
Digər xəbərlər