Azərbaycana ən çox hansı ölkələrdən turist daxil olub? – YENİ SİYAHI

  •  
  •  
  •  
  •  

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min və ya 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gələnlərin,

  • 29,8% Gürcüstan,
  • 27,6% Rusiya Federasiyası,
  • 12faizi Türkiyə,
  • 5,8% İran,
  • 3,6% Birləşmiş Ərəb Əmirlikləri,
  • 1,8% Ukrayna,
  • 1,7% Hindistan,
  • 1,5% Pakistan,
  • 1,4% İraq,
  • 14,7% digər ölkələrin vətəndaşları, 0,1% isə vətəndaşlığı olmayan şəxslər olmuşdur. 

Gələnlərin 72%ni kişilər, 28%ni isə qadınlar təşkil etmişdir.

Ölkəmizə yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7%), Çin (32,7%), Yaponiya (32,3%), Oman (24,4%), Cənubi Koreya (23,8%), Gürcüstan (23,7%) və Polşa (21,3%) vətəndaşları arasında qeydə alınmışdır.

2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6% artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9% azalaraq 121,9 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9% dəmir yolu və avtomobil, 35,2% hava, 0,9% isə su nəqliyyatından istifadə etmişdir.

2019-cu ilin yanvar-fevral aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,5% artaraq 731,6 min nəfər olmuşdur.

Ölkə vətəndaşlarının

  • 36,5% İrana,
  • 26,2% Gürcüstana,
  • 18,4% Rusiya Federasiyasına,
  • 9,8% Türkiyəyə,
  • 1,1% Ukraynaya,
  • 1faizi Birləşmiş Ərəb Əmirliklərinə,
  • 7faizi isə digər ölkələrə səfər etmişdir. 

Gedənlərin 67,7% kişilər, 32,3% isə qadınlar olmuşdur.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 83,8%, Rusiya Federasiyasına gedənlərin sayı 7,3%, Gürcüstana gedənlərin sayı 7faiz, Türkiyəyə gedənlərin sayı isə 1,9% artmışdır.

Cari ilin yanvar-fevral aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan Respublikası vətəndaşlarının 83faizi dəmir yolu və avtomobil, 16,1% hava, 0,9% isə su nəqliyyatından istifadə etmişdir.


  •  
  •  
  •  
  •