27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana idxal Rusiyadan azalıb, Çindən artıb

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycana ən çox mal Rusiya, Türkiyə və Çindən idxal edilib.

Banker.az DGK-ya istinadən xəbər verir ki, 2020-ci ilin 11 ayında Rusiyadan 1 772 944 min ABŞ dolları, Türkiyədən 1 403 513 min ABŞ dolları, Çindən isə 1 273 883 min ABŞ dolları dəyərində mallar idxal edilib.

2019-cu ilin eyni dövründə isə Rusiyadan 2 070 173 min dollar, Türkiyədən 1 482 372 min dollar, Çindən isə idxal edilən malların dəyəri isə 1 192 199 min dollar olub.

Belə ki, Azərbaycana Rusiyadan idxal azalıb, Çindən isə artıb.

Son xəbərlər
Digər xəbərlər