4 C
Baku
Tuesday, March 5, 2024

Azərbaycana turist kimi gələn Şimali Koreya vətəndaşları da var

2017-ci il ərzində Azərbaycana səfər edən xarici vətəndaşlar arasında Şimali Koreyadan olanlar da var.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin ilin yekunları ilə bağlı statistikasında qeyd olunub.

Belə ki, keçən il Şimali Koreyadan 2 nəfər turist Azərbaycana səfər edib.

Bundan başqa, keçmiş SSRİ-nin pasportu ilə Azərbaycana 3 nəfər gəlib.

Keçən il Azərbaycana səfər edən turistlər arasında Azərbaycana Dominikan Respublikası, Vatikan, Botsvana, Liberiya, Yuqoslaviya, Bahama, Svazilend, Antiqua və Barbuda, Saint Lucia, San Tome və Prinsipe, Terks və Kaikos, Malavi, Monako, Amerika Samoası, Mərkəzi Afrika Respublikası, Konqo Respublikası, Tuvalu, Kabo-Verde, Kiribati, Lesoto, Papua Yeni Qvineya, Saint-Vinsent və Qrenadin dövlətlərinin vətəndaşları da var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər