28 C
Baku
Saturday, July 27, 2024

Azərbaycana xaricdən gətirilən ət bahalaşıb

2023-cü ilin 11 ayı ərzində Azərbaycana 78 milyon 556 min dollar dəyərində (134 milyon manat) 38 287 ton ət idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ət idxalı dəyər ifadəsilə 9% artıb, miqdar ifadəsilə 0.2% azalıb

2022-ci ilin 11 ayı ərzində Azərbaycana 72 milyon 202 min dollar dəyərində 38 348 ton ət idxal olunmuşdur.

1 ton ətin gömrük rəsmiləşdirilməsi qiyməti 1883 dollardan 2052 dollara çatıb (169 dollar və ya 9% artım).

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0.50%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər