Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 66 731.76 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.
Dövlət Gömrük Komitəsindən Banker.az-a verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3% artıb.
Cari ilin 11 ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0.69%-ə bərabər olub.
Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 3 396.87 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 27% azdır. Cari ilin 11 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0.03% təşkil edib.