15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda ən çox maaş alan şəxslər – SİYAHI

2022-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14% artaraq 825.3 manat
təşkil edib.

Banker.az DSK-ya istinadən xəbər verir ki, əməkhaqqı neft-qaz sektorunda 3577.4 manat,
qeyri neft-qaz sektorunda 772,5 manat olub. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 767.7 manat, özəl müəssisələrdə isə 891.9 manatdır.

Mədənçıxarma sənayesində (3 450 manat), maliyyə və sığorta fəaliyyəti (2 220 manat), peşə, elmi və texniki fəaliyyət (1 397 manat), eləcə də informasiya və rabitə sahələrində (1 366 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

mk

Son xəbərlər
Digər xəbərlər