1 iyul 2022-ci il tarixinə olan hesabata görə, Azərbaycanda ölkə üzrə orta aylıq əməkhaqqılarının 827.1 manata çatıb.
Banker.az olaraq bu dəfə ölkədə rayon və şəhərlər üzrə əməkhaqqıları ilə bağlı hansı fərqli rəqəmlərin olduğunu araşdırdıq.
Dövlət Statistika Komitəsinin statistik göstəricilərində həmişəki kimi orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Bakıdır. Belə ki, paytaxta bu göstərici 1065.7 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu rayon Daşkəsəndir. Burda orta aylıq əməkhaqqı 858.5 manatdır.
Gədəbəy 737.9 manat olmaqla 3-cü yerdədir, 4-cü yerdə isə 712.2 manat olmaqla Sumqayıt, 5-ci yerdə isə 691.1 manat olmaqla Şuşa rayonudur.
Ölkə üzrə ən aşağı orta aylıq əməkhaqqı Qax, Zaqatala və Balakən rayonlarında qeydə alınıb. 1 iyul 2022-ci il tarixinə olan statistik rəqəmlərə əsasən Qaxda orta aylıq maaş 448.2 manat, Zaqatalada orta aylıq əməkhaqqı 470.8 manat, Balakən ayonunda isə 480.3 manat təşkil edib.