18 C
Baku
Thursday, May 23, 2024

Azərbaycanda 119 operator və provayderin tələbləri pozduğu aşkarlanıb

Azərbaycanda uçotda olan 119 operator və provayderin uçota alınarkən təqdim etdikləri müqavilələr yoxlanılıb, abunəçilərlə bağlanan müqaviləyə dair zəruri tələblərlə uyğunsuzluqların olduğu aşkar edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Bildirilib ki, abunəçilərlə bağlanmış müqavilələrdə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üçün operator və provayderlərə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Belə ki, abunə müqavilələrinin qanunvericiliklə müəyyən edilmiş zəruri tələblərə uyğunlaşdırılması məqsədilə hər bir operator və provayder fərdi şəkildə aşkarlanmış uyğunsuzluqlar haqqında rəsmi məktubla məlumatlandırılıb.

Həyata keçirilmiş intensiv işlər nəticəsində uçota alınmış operator və provayderlərin abunə müqavilələrini “Telekommunikasiya haqqında” Qanunun 40-cı maddəsində nəzərdə tutulmuş zəruri tələblərə uyğunlaşdırması ilkin mərhələdə 35 %-ə çatdırılıb.

Uçota alınmış bütün operator və provayderlər üzrə bu prosesin 2024-cü ilin sonuna qədər yekunlaşdırılması hədəflənir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər