18 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda 2 illik dövlət istiqrazlarının gəlirliliyi düşüb

21 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201040042 ISIN-li, 40 mln. manat həcmində, 728 gün (iki illik) tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Banker.az xəbər verir ki, bu barədə BFB-dən məlumat əldə edib.

Hərrac zamanı 26 investor tərəfindən qiymət intervalı 91.2371 (11%) manat və 95.4017 (8.5500%) manat olan 50 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 94.3595 (9.1500%) manat, orta ölçülmüş qiyməti isə 94.5573 (9.0354%) manat müəyyən edilmişdir. Yanvarın 17-də iki illik dövlət istiqrazlarının gəlirliliyi orta ölçüdə 9.15% idi.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 144,644,300 manat, yerləşdirilmiş həcmi isə 47,051,500 manat təşkil edilmişdir.

Hərrac iştirakçıları 22 fevral 2023-cü il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. İstiqrazların ödəmə tarixi 18 fevral 2025-ci ildir.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər