-3 C
Baku
Wednesday, February 28, 2024

Azərbaycanda 2019-cu ildən bəri muzdlu işçilərin sayı 1.6 dəfə artıb

2019-cu ildən bəri Azərbaycana muzdlu işdən gəlirlərə tətbiq edilmiş vergi güzəştləri və sosial sığorta üzrə fərqli rejim bu sahədə şəffaflaşmanı təmin edib.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

“İslahata başlandığı gündən indiyədək qeyri-neft sektorunun özəl bölməsində muzdla çalışan işçilərin sayı 1.6 dəfə artıb. Bu, mövcud etimad mühitinin və şəffaflaşmanın göstəricisidir. Əmək münasibətlərin rəsmiləşdirilməsində əsas hədəf məhz qeyri-neft sektorunun özəl bölməsində münasibətlərin şəffaflaşması, sahibkarların yükünün azaldılması ilə yanaşı, daimi iş yerlərinin, dayanıqlı və sosial təminatı olan işçi qüvvəsinin yaradılmasıdır. Nəticədə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə daxilolmaların artımı baş verib ki, bu da aparılan siyasətin yalnız iqtisadi yox, həm də sosial siyasətə kökləndiyini göstərir”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər